Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-may aylarında əlilliyi olan 6700 şəxsi 281 min reabilitasiya vasitəsi ilə təmin edib.
AvroMedia.Az xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb.
Qeyd olunan reabilitasiya vasitələrindən 652-si təkərli oturacaq (o cümlədən 13-ü mühərrikli təkərli oturacaq), 977-si aşağı və yuxarı ətraf protezi, 1700-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 3310 cüt protez və ortopedik ayaqqabı, 545 eşitmə aparatı, 110 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.

Azərbaycanda “Türk Dünyası Həftəsi” keçiriləcək
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır
Yatarkən diksinməyinizin səbəbi nədir?
Azərbaycanda nə qədər işsiz var?
Əhalinin son sayı
İndiyədək Qarabağa neçə nəfər qayıdıb?
Bu gün Mübariz ibrahimovun anım günüdür
Ötən dövr ərzində 980 əkiz, 39 üçəm doğulub
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Avro, rubl və lirə ucuzlaşıb