Bir çox insan yuxuya gedərkən bəzən qəfil yıxıldığını hiss edir.
AvroMedia.Az xarici KİV-ə istinadla xəbər verir ki, travmatoloq İnes Moreno bu hissin səbəbini açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, bu hal bədən rahatlamağa başlayanda və əzələlər gərginliyini itirəndə baş verir. Lakin beynin müəyyən hissəsi bunu mümkün yıxılma kimi qəbul edir və həyəcan mexanizmini işə salır.
"Beyniniz sizin öldüyünüzü düşünür", – deyə həkim izah edib. Onun fikrincə, bu refleks təkamül prosesinin nəticəsidir.
O bildirib ki, milyonlarla il əvvəl insanların əcdadları hündür yerlərdə, o cümlədən ağacların üzərində dincəlirdilər. Belə şəraitdə yıxılmaq ölümcül nəticələrə səbəb ola bilərdi. Alimin qənaətinə görə, həmin qədim müdafiə mexanizmi bu günə qədər qorunub saxlanılıb və buna görə də yuxuya gedərkən bəzən qəfil qorxu və ya yıxılma hissi yaranır.

Azərbaycanda “Türk Dünyası Həftəsi” keçiriləcək
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır
Azərbaycanda nə qədər işsiz var?
Əhalinin son sayı
İndiyədək Qarabağa neçə nəfər qayıdıb?
6700 şəxsə reabilitasiya vasitəsi verildi
Bu gün Mübariz ibrahimovun anım günüdür
Ötən dövr ərzində 980 əkiz, 39 üçəm doğulub
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Avro, rubl və lirə ucuzlaşıb