Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Türkmənistanın Arkadağ şəhər kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı keçirilib.
AvroMedia.Az xəbər verir ki, mərasimdə hər iki ölkənin mədəniyyət nazirliklərinin nümayəndələri, ədəbi-ictimai xadimlər və media mənsubları iştirak ediblər.
Açılışdan öncə jurnalistlərə açıqlama verən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov artıq dünyanın 19 ayrı-ayrı şəhərində Azərbaycan ədəbiyyatı guşəsinin yaradıldığını qeyd edib:
“Türkmənistanın Arkadağ şəhərində yaradılan Azərbaycan ədəbiyyatı guşəsi də iki qardaş xalq arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu təşəbbüs gələcəkdə kitab mübadiləsi, birgə nəşr layihələri və digər ədəbi-mədəni əməkdaşlıq istiqamətlərinin genişlənməsi üçün yeni imkanlar açacaq”.
Ardınca guşənin açılışı olub və qonaqlara təqdim olunan nəşrlər barədə ətraflı məlumat verilib.

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəldi.
ABŞ-dən Avropaya sərt xəbərdarlıq.
Kirayə mənzillər bahalaşacaq.
Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi kəskin artıb.
Rusiyalı milyarder Zelenski ilə görüşdü.
Bəhreynə zərbələr endirildi.
Rusiya ordusu bu ərazini nəzarətə götürdü.
Bu ölkə tamamilə işıqsız qaldı.
“ASAN xidmət”çilərin maaşlarında yenilik.
Qara dənizdə Türk gəmisi vuruldu - 1 ölü, 4 yaralı