Kvas bəzi xəstəliklər zamanı təhlükəli ola bilər.
Tarix: Bu gün, 15:18
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Kvas bəzi xəstəliklər zamanı təhlükəli ola bilər.

Bu gün, 15:18

Endokrinoloq və dietoloq Svetlana Filatova xəbərdarlıq edib ki, kvasın müntəzəm istehlakı bəzi insanlarda sağlamlıq problemlərinə səbəb ola bilər.
AvroMedia.Az  xəbər verir ki, mütəxəssis Gazeta.Ru nəşrinə açıqlamasında bildirib ki, podaqradan əziyyət çəkən şəxslər kvasdan uzaq durmalıdırlar. Onun sözlərinə görə, bu içkinin tərkibində xəstəliyin gedişatını ağırlaşdıra bilən purinlər mövcuddur.
Filatova əlavə edib ki, kvasın tərkibində dənli bitkilər, maya və qıcqırma məhsulları olduğundan allergiyası olan insanlar üçün də potensial təhlükə yarada bilər.
Həkim həmçinin diqqətə çatdırıb ki, kvasda şəkərin miqdarı kifayət qədər yüksəkdir. Buna görə də hətta sağlam insanlarda belə bu içkinin tez-tez qəbulu mədəaltı vəzə əlavə yük yarada, çəki artımına və maddələr mübadiləsində mənfi dəyişikliklərə səbəb ola bilər.
“Əgər məqsədiniz damar sağlamlığını qorumaq, sağlam maddələr mübadiləsini dəstəkləmək və gəncliyi daha uzun müddət saxlamaqdırsa, müxtəlif içkiləri təmiz, zəif minerallaşdırılmış su ilə əvəz edin. Hüceyrələrinizin həqiqətən ehtiyac duyduğu yeganə içki sudur”, – deyə Filatova vurğulayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ