"Formula-1" üzrə dünya çempionatında yarışan "Ferrari" komandasının rəhbəri Frederik Vassyör Monakoda xəstəxanaya yerləşdirilib.
AvroMedia.az-ın məlumatına görə, bu barədə "Ferrari"nin mətbuat xidməti məlumat yayıb.
"Vassyör bu gün trekdə olmayacaq. Bir neçə tibbi müayinədən sonra o, yerli tibb müəssisəsində həkimlərin nəzarəti altında qalacaq. Biz ona tezliklə sağalmasını və geri dönməsini arzulayırıq", - deyə "Ferrari"nin bəyanatında qeyd edilib.
Bu həftəsonu Monakoda "Formula-1"in altıncı mərhələsi keçirilir, bu gün isə əsas yarışın sıralanma turu baş tutacaq. "Ferrari" komandasının sürücüləri yarışın əsas favoritləri hesab olunurlar.
58 yaşlı Vassyör 2023-cü ilin yanvar ayından etibarən "Ferrari"yə rəhbərlik edir.

Qara dənizdə Türk gəmisi vuruldu - 1 ölü, 4 yaralı
Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
Bulvarda klassik və sürət avtomobillərinin festivalı keçirilir.
Kvas bəzi xəstəliklər zamanı təhlükəli ola bilər.
Sabah Azərbaycanda yağış yağacaq
Azərbaycan Ordusunun hərbçisi həlak oldu
ABŞ onlara viza vermədi.
Xəyal qurmaq insan psixikası üçün ziyanlıdır?
Dünyanın günləri uzanır: Planetimizin fırlanması yavaşlayır