Yay mövsümündə həm uşaqların, həm də böyüklərin sevimlisi olan dondurmanı ev şəraitində hazırlamaq mümkündür. Bunun üçün xüsusi avadanlığa və ya çoxlu ərzağa ehtiyac yoxdur.
AvroMedia.az xəbər verir ki, ən sadə üsullardan biri bananlı dondurma hazırlamaqdır. Bunun üçün 2-3 ədəd yetişmiş bananı doğrayaraq bir neçə saat dondurucuda saxlayın. Daha sonra onları blenderdən keçirərək krem halına salın. İstəyə görə kakao, bal və ya şokolad qırıntıları da əlavə edə bilərsiniz.
Digər asan resept üçün isə 500 millilitr qaymaq və 1 banka qatılaşdırılmış süd kifayətdir. Qaymağı mikserlə çalıb qatılaşdırılmış südlə qarışdırın. Qarışığı uyğun qaba tökərək 6-8 saat dondurucuda saxlayın. Nəticədə mağazada satılan dondurmalardan geri qalmayan ləzzət əldə edəcəksiniz.
Mütəxəssislər bildirirlər ki, evdə hazırlanan dondurmalar daha təbii tərkibə malik olur və tərkibində əlavə konservantlar olmur. Buna görə də son illər ev şəraitində hazırlanan dondurmalara maraq xeyli artıb.Milli.az

Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşdü.
Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olundu
Qara dənizdə türk gəmisinə hücum edildi
Dünyanın ən uzun yoludur, amma heç bir yerə aparmır
Hörmüz üzərində 4 İran PUA-sı vuruldu.
İran ABŞ bazalarını hədəf aldı.
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
Bakıda bu ərazilərdə söküntülər planlaşdırılır - ÜNVANLAR
Millimiz dünya çempionatının 1/4 finalında
ABŞ İranın atdığı raketləri vurub