İyunun 9-10-da Bakı şəhərində Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçiriləcək.
AvroMedia.Az xəbər verir ki, tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası (CBATS), Azərbaycan Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə keçiriləcək.
Sammitin əsas məqsədi qlobal maliyyə və bankçılıq trendlərinin təhlili, regional maliyyə inteqrasiyasının təşviqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovasiya və dayanıqlılığın artırılması, eyni zamanda, şəbəkələşmə və strateji tərəfdaşlıqların formalaşdırılmasıdır.
Sammit müzakirə və şəbəkələşmə imkanlarını genişləndirmək məqsədilə müxtəlif və nüfuzlu auditoriyanı bir araya gətirəcək. Proqrama yüksək səviyyəli siyasət müzakirələri, panel sessiyalar və B2B görüşlər daxildir. Tədbirdə bank rəhbərləri və maliyyə institutlarının nümayəndələri, texnologiya təminatçıları, tənzimləyici qurumlar və siyasətçilər, sənaye və peşəkar assosiasiyalar, FinTech şirkətləri və startaplar, beynəlxalq və çoxtərəfli təşkilatlar, beynəlxalq ekspertlər, investorlar və inkişaf institutları, eləcə də digər aidiyyəti tərəflərin iştirakı nəzərdə tutulur.
Ümumilikdə, sammit regional ölkələrin maliyyə liderlərini, beynəlxalq ekspertləri və innovativ həllər təqdim edən şirkətləri bir araya gətirərək daha inteqrasiya olunmuş, dayanıqlı və qlobal səviyyədə əlaqəli maliyyə məkanına dair ortaq baxışın formalaşdırılmasını hədəfləyir.

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclası başlayıb
Bu ölkədə doğuş sayı rekord həddə endi.
İranlı deputatlar ABŞ-yə çata biləcək raketlərin hazırlanmasını istəyir.
I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır.
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.
Bu günün valyuta məzənnələri.
Qızıl və gümüş yenidən ucuzlaşıb.
Aİ-nin genişlənməsi üçün yeni plan
Turaldan cəriməyə etiraz: "Maşını xətkeşlə sürmək lazımdır?"
Təzyiq düşəndə bədən nə hiss edir?
Beyninizi arada “söndürün” – Çox fikir edənin ömrü qısalır