Türkiyədə siqaretlə bağlı yeni sərt qadağalar tətbiq olunmağa başlayıb.
AvroMedia.Az “Sözçü”yə istinadən bildirir ki, Antalyadakı Lara, Belek, Çamyuva və Çimərlik Parkı çimərliklərində tütündən istifadəyə məhdudiyyət qoyulub.
Bununla bağlı pilot layihəyə start verilib. Əsas məqsəd uşaqların tüstüyə məruz qalmadığı, ailələrin rahat vaxt keçirə biləcəyi və siqaret kötüklərinin dənizi çirkləndirmədiyi təmiz çimərliklər yaratmaqdır. Antalyada başlayan bu ekoloji hərəkatın zamanla bütün Türkiyəyə yayılacağı gözlənilir.
Antalya Dənizçilik Platformasının rəhbəri İzzət Ünlü bildirib ki, yay mövsümünün gəlişi ilə sahillərdə izdiham artır və Konyaaltı kimi məşhur çimərliklər siqaret kötükləri ilə çirklənir. Onun sözlərinə görə, tərkibində kanserogen maddələr olan kötüklərin təbiətdə yox olması 10-15 il çəkir. Bu tullantılar çaylar və kanalizasiya vasitəsilə dənizə, oradan isə içməli sulara qarışaraq insan sağlamlığına ciddi ziyan vurur.
İ.Ünlünün fikrincə, Türkiyədə də İspaniya və Fransa modeli tətbiq olunmalıdır. Hazırda həmin ölkələrin bir çox çimərliklərində siqaret çəkmək qadağandır və bu qaydanı pozanlar 30 avrodan 2000 avroya qədər cərimələnir. O, Türkiyədə də çimərliklərə siqaret kötüyü atanların cərimələnməsini təklif edib.

Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?
İldə 1,5 milyon insanın, xüsusən də uşaqların ölümünə səbəb olan qida
Türkiyə-Ermənistan sərhədindən ilk avtobus keçdi.
Ağstafaya qatarla hər şənbə-bazar da getmək olacaq.
Tətil sonrası sindromu: Milyonlarla insanın yaşadığı problem
Sabah 32 dərəcə isti olacaq.