Britaniyada hərbi helikopter qəzaya uğradı.
Tarix: Bu gün, 09:12
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Britaniyada hərbi helikopter qəzaya uğradı.

Bu gün, 09:12

Böyük Britaniyanın Devon qraflığında təlim uçuşu zamanı Kral Dəniz Qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində üç hərbçi həyatını itirib.
AvroMedia.Az xəbər verir ki, hadisə Okehampton şəhəri yaxınlığındakı Sourton Daun ərazisində qeydə alınıb.
Qəzaya uğrayan hava vasitəsinin Somersetdə yerləşən RNAS Yeovilton bazasına aid Merlin Mk4 helikopteri olduğu bildirilib.
Kral Dəniz Qüvvələrinin sözçüsü qəzanın təlim uçuşu zamanı baş verdiyini təsdiqləyib. Ölən hərbçilərin ailələrinin məlumatlandırıldığı qeyd olunub. Ailələrin məxfiliyə hörmət göstərilməsi xahişi nəzərə alınaraq, həlak olanların kimliyi açıqlanmayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ