İspaniyalı travmatoloq, İnes Sançes bildirib ki, bel ağrılarının qarşısını almağın əsas yolu müntəzəm fiziki aktivlikdir. Onun sözlərinə görə, düzgün oturuş və erqonomik mebellər təkbaşına onurğa problemlərindən qorunmağa zəmanət vermir.
AvroMedia.Az xəbər verir ki, o, bu barədə "Daily Mail" nəşrinə açıqlamasında danışıb.
Mütəxəssis qeyd edib ki, bir çox insan bel sağlamlığını qorumaq üçün düz oturmağın, ani hərəkətlərdən qaçmağın və ortopedik kreslolardan istifadə etməyin kifayət etdiyini düşünür. Lakin praktikada bu tədbirlər xroniki ağrıların qarşısını hər zaman ala bilmir.
Həkimin sözlərinə görə, pasiyentləri arasında oturuş qaydalarına ciddi əməl edən, amma buna baxmayaraq davamlı bel narahatlığından əziyyət çəkən insanlar az deyil. O bildirib ki, əsas səbəb uzun müddət hərəkətsiz qalmaq və fiziki aktivliyin az olmasıdır.
Travmatoloq izah edib ki, onurğa, fəqərəarası disklər, əzələlər və bağlar normal fəaliyyətini qorumaq üçün müntəzəm yüklənməyə ehtiyac duyur. Uzun müddət hərəkətsiz qalanda qan dövranı zəifləyir, oynaqların hərəkətliliyi azalır və onurğanı dəstəkləyən əzələ sistemi tədricən zəifləyir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu