AvroMedia.Az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası Günəşdə baş verən maraqlı hadisə haqqında məlumat yayıb.
Mütəxəssislər bildiriblər ki, baş verən güclü alışmalardan biri zamanı neytral hidrogen buludu parçalanaraq ətrafa yayılıb. Bu bulud çəkilən görüntülərdə Günəşin parlaq səthi fonunda qara ləkə kimi müşahidə olunub.
Astronomların izahına görə, ikinci alışma zamanı Günəş tacına neytral hidrogen buludu püskürüb.
"Nəticədə Günəşin parlaq səthinin üzərinə sanki qara bir yorğan atılır və bu "yorğan" neytral hidrogen tamamilə ionlaşana və ya Günəş diskinin hüdudlarından kənara çıxana qədər mövcud olur", - deyə laboratoriya mütəxəssisləri qeyd ediblər.

Bu günün valyuta məzənnələri
Bu şəxslərə dondurma yemək olmaz.
Britaniyada hərbi helikopter qəzaya uğradı.
Şirniyyat istəyini azaltmağın təbii yolları açıqlandı
Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır.
Azərbaycanda ən çox bahalaşan meyvələr.
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb.
Xəzər dənizində zəlzələ oldu.
Rubio TRIPP-dən danışdı - “Yeni imkanlar yaradacaq”
Millimiz Avropa çempionunu: üstələyərək finala çıxdı
Tramp: İranla danışqlar müsbət məcradadır