Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunmaq məqsədilə Azərbaycana gətirilib.
AvroMedia.Az xəbər verir ki, bununla da Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü ötüb.
10 gün davam edəcək proqram çərçivəsində uşaqlar əvvəlcə Bakıda yerləşən düşərgədə qrup terapiyalarında, meditasiya və yoqa məşğələlərində, eləcə də müxtəlif psixo-sosial təlimlər və ustad dərslərində iştirak edəcəklər.
Proqramın növbəti mərhələsində onlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə əhatə olunacaqlar. Uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna prosedurları, art-terapiya və digər reabilitasiya xidmətləri göstəriləcək.

Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı
İspaniya dünya çempionudur!
Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq