Toylar həyatdakı ən xüsusi anlardan biri hesab olunduğundan, bu unudulmaz günün dəyəri hər il artır. Gəlinlikdən dəvətnamələrə, məkandan fotosessiyaya qədər hər detal cütlüyün büdcəsini gərginləşdirən amillərdəndir.
AvroMedia.Az -ın məlumatına görə, son tədqiqatlar göstərir ki, bəzi ölkələrdə toy mərasimləri lüksə çevrilib. Yüksək yaşayış xərcləri, toy sənayesində rəqabət və mədəni gözləntilər cütlükləri daha çox pul xərcləməyə vadar edir.
Mütəxəssislər həmçinin sosial medianın toy xərclərinin artmasına təsirini də qeyd edirlər. Mükəmməl bir gün yaratmaq istəyi cütlükləri daha dəbdəbəli tədbirlərə yönəldir və bu tendensiya xərcləri qat-qat artırır.
Açıqlanan siyahı bir daha göstərir ki, Azərbaycan toy məsərəflərinə görə dünyada heç də irəlidəki ölkələr sırasında deyilmiş. Siyahıda 33 ölkənin adı yer alıb və burada Azərbaycan yer almayıb.
Siyahıda ən sonuncu yerdə Nigeriya qərarlaşıb. Bu ölkədə toy məsrəfləri 2200 dollar təşkil edir. Ondan öndə isə Mərakeş, Bolqarıstan, Ukrayna, Serbiya, Rumıniya gəlir. Bu ölkələrdə toy məsrəfləri 2500-3500 dollar arasında dəyişir.
Ən maraqlısı odur ki, siyahıda Türkiyənin da adı yoxdur.
Ölkə.az olaraq oxuculara ən bahalı toy məsrəfləri olan 10 ölkənin siyahısını aşğıdan yuxarıya təqdim edirik:
10. Almaniya-17000 dollar
9 Yaponiya-18200 dollar
8.Fransa -18900 dollar
7.Yeni Zellandiya-19200 dollar
6. İspaniya-21200 dollar
5. Kanada -21900 dollar
4.İtaliya -23000 dollar
3.Böyük Britaniya-24800 dollar
2. Avstraliya-27200 dollar
1. ABŞ-33900 dollar

İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?
Çimərliklərdə siqaret çəkmək qadağan olunur.
İldə 1,5 milyon insanın, xüsusən də uşaqların ölümünə səbəb olan qida
Türkiyə-Ermənistan sərhədindən ilk avtobus keçdi.
Ağstafaya qatarla hər şənbə-bazar da getmək olacaq.
Tətil sonrası sindromu: Milyonlarla insanın yaşadığı problem