Şevtsovdan İrəvana xəbərdarlıq: Ukraynanın taleyini yaşamayın”.
Tarix: Bu gün, 08:12
Baxılıb: 3 478
Google+ Paylaş
Tumblr Paylaş

Şevtsovdan İrəvana xəbərdarlıq: Ukraynanın taleyini yaşamayın”.

Bu gün, 08:12

Ermənistan hazırda Ukraynanın 2013-2014-cü illərdə keçdiyi yolu təkrarlayır. Bu fikri Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov səsləndirib.
AvroMedia.az xəbər verir ki, Şevtsov bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "Vesti" telekanalına müsahibəsində danışıb.
O qeyd edib ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Belarus Prezidenti Aleksandr Lukaşenko daha əvvəl Ermənistanın Ukraynanın həmin dövrdə yaşadığı proseslərə bənzər mərhələdən keçdiyini bildiriblər.
"Ermənistan ciddi şəkildə düşünməlidir ki, Ukraynada baş verən hadisələr onun da başına gəlməsin", – deyə Şevtsov vurğulayıb.
Rusiya rəsmisinin sözlərinə görə, regionda gedən proseslər diqqətlə izlənilməli, mümkün risklər vaxtında qiymətləndirilməlidir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ