İranlı deputatlar ABŞ-yə çata biləcək raketlərin hazırlanmasını istəyir.
Tarix: Bu gün, 09:39
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

İranlı deputatlar ABŞ-yə çata biləcək raketlərin hazırlanmasını istəyir.

Bu gün, 09:39

İran qanunvericiləri qitələrarası ballistik raketlərin (QAR) hazırlanmasına icazə üçün Ali Rəhbər Müctəba Xameneiyə müraciət ediblər.
AvroMedia.Az Əsr-e İran-a istinadla xəbər verir ki, 85 millət vəkili petisiya imzalayaraq, Vaşinqtonun Tehranla münaqişənin sülh yolu ilə həlli üçün danışıqlardakı mövqeyinə şübhə ilə yanaşıblar.
Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri məktubu ABŞ-a çata bilən raketlərin hazırlanmasına çağırış kimi şərh ediblər. 
İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Yaakov Amidror bildirib ki, Vaşinqtonla danışıqlardan irəli gələn istənilən əlverişli iqtisadi şərait Tehranı bu cür inkişaf üçün lazımi resurslarla təmin edə bilər.
Məktubu ABŞ ilə danışıqlara qarşı çıxan keçmiş İran xarici işlər naziri Mənuçöhr Mottaki də daxil olmaqla bir neçə İran sərt xətti tərəfdarı da imzalayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ