İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi hədəflərə zərbələr endirməsindən sonra bölgədə yerləşən ABŞ hərbi bazalarına raket hücumları təşkil edildiyini açıqlayıb.
AvroMedia.Az xəbərinə görə, ABŞ ordusunun Sirik və Qəşm adalarına hücumundan sonra cavab tədbirləri görüldüyü bildirilib.
“ABŞ ordusunun Sirik və Qəşm adalarına hücumundan sonra düşmənin bölgədəki bazaları Aerokosmik Qüvvələrimizin raketləri ilə hədəfə alınıb”, – deyə açıqlamada qeyd olunub.
SEPAH qarşıdurmanın gedişi ilə bağlı əlavə məlumat da yayıb. Bildirilib ki, yerli vaxtla saat 01:30 radələrində dörd neft tankeri icazəsiz şəkildə Hörmüz boğazından keçməyə cəhd edib. Məlumata görə, tankerlərdən biri hədəfə alınıb.
Qeyd olunub ki, yerli vaxtla saat 02:00-da ABŞ qüvvələri İranın Sirik və Qəşm adalarında yerləşən iki rabitə qülləsinə raket zərbələri endirib.
SEPAH bundan sonra ABŞ-nin Küveytdə yerləşən Əli əl-Salem aviabazasını və Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahını hədəfə aldığını bəyan edib.

Dərin və rahat yuxu üçün 5 sadə qayda.
Meyvə-tərəvəz niyə ucuzlaşmır?
Siqaret yenidən bahalaşır – Səbəb açıqlandı
Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşdü.
Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olundu
Qara dənizdə türk gəmisinə hücum edildi
Dünyanın ən uzun yoludur, amma heç bir yerə aparmır
Hörmüz üzərində 4 İran PUA-sı vuruldu.
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
Bakıda bu ərazilərdə söküntülər planlaşdırılır - ÜNVANLAR