Qara dənizdə Türk gəmisi vuruldu - 1 ölü, 4 yaralı
Tarix: Bu gün, 16:44
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Qara dənizdə Türk gəmisi vuruldu - 1 ölü, 4 yaralı

Bu gün, 16:44

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
AvroMedia.Az   xəbər verir ki, Krımın qərbində, Sevastopol sahillərində Türkiyə bayrağı altında üzən "Duru 67" balıqçı gəmisinə hücum nəticəsində beş nəfər yaralanıb. Hadisə iyunun 5-də  baş verib. 
Qayıqdakı yaralı sərnişinlər yaxınlıqdakı "Burak Kaya" adlı balıqçı qayığına təxliyə ediliblər.
Kastamonu vilayətinin İnebolu rayonuna doğru gedən qayıqda yaralananlardan biri ölüb.  
Balıqçı gəmisindən gələn təcili yardım siqnalından sonra Türkiyə Sahil Mühafizəsinə məxsus TCGSG-96 gəmisi 4 həkim, 15 UMKE (Milli Tibbi Xilasetmə Qrupu) işçisi, tibb bacıları və digər köməkçi səhiyyə işçiləri də daxil olmaqla 19 ixtisaslaşmış tibb işçisindən ibarət qrupu əraziyə göndərib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ