Kredit kartları gündəlik həyatımızın bir parçasına çevrilib. Bir çox insan gündəlik alış-verişdə, taksi xidmətlərində, yemək sifarişlərində və müxtəlif abunəliklərin ödənişində kredit kartlarından istifadə edir.
İlk baxışdan bu rahat görünür. Çünki maaşı gözləmədən alış-veriş etmək mümkündür və üstəlik banklar keşbek və bonuslar da təklif edir.
Amma kredit kartı üzrə borc hər ay tam bağlanmırsa, gündəlik xırda xərclərin kredit hesabına ödənilməsi maliyyə tələsinə çevrilə bilər.
Bu, istehlakçılar üçün hansı riskləri yaradır?
AvroMedia.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, kredit kartına həssaslıqla yanaşılmalıdır:
“Bütün xərclərin kredit kartı ilə qarşılanması doğru deyil. Bu əlavə yüklənmə deməkdir. Axı xərclənən bu qədər vəsait hansı hesaba qaytarılacaq? Ümumiyyətlə qaytarıla biləcəkmi? Belə vəziyyət isə artıq iqtisadi məsələdən çıxaraq hüquqi məsuliyyət yaradır.
Kredit kartından ancaq qısa müddətə dövriyyə vəsaiti kimi istifadə etmək olar. Amma unutmaq lazım deyil ki, bir ayın tamamına qədər kartdan xərclər geri ödənilməsə, onun üzərinə müəyyən faizlər gələcək. Vaxt keçdikcə bu faizlər ciddi problemə səbəb olacaq. Ona görə də kredit kartlarından ehtiyatla istifadə etmək lazımdır”.

ABŞ onlara viza vermədi.
Xəyal qurmaq insan psixikası üçün ziyanlıdır?
Dünyanın günləri uzanır: Planetimizin fırlanması yavaşlayır
Dərin və rahat yuxu üçün 5 sadə qayda.
Meyvə-tərəvəz niyə ucuzlaşmır?
Siqaret yenidən bahalaşır – Səbəb açıqlandı
Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşdü.
Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olundu
Qara dənizdə türk gəmisinə hücum edildi