ABŞ-nin müdafiə naziri Pit Heqset hesab edir ki, Vaşinqtonun Avropadakı müttəfiqləri təhlükəli ideologiyaların hücumu ilə üz-üzədirlər.
AvroMedia.Az xəbər verir ki, o, Fransanın şimalında müttəfiq qoşunların Normandiya desant əməliyyatı zamanı sahilə çıxmasının 82-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bu barədə danışıb.
AvroMedia.Az xəbər verir ki, o, Fransanın şimalında müttəfiq qoşunların Normandiya desant əməliyyatı zamanı sahilə çıxmasının 82-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bu barədə danışıb.
"Təəssüf ki, bu gün Avropanın digər sahilləri başqa təhlükəli ideologiyaların təzyiqi altındadır. İspaniyaya, İtaliyaya, Yunanıstana və Bolqarıstana qayıqlarla insanlar gəlir", - deyə o bildirib.
Heqset bununla Avropa ölkələrinə yönələn qeyri-qanuni miqrasiya axınını nəzərdə tutduğunu vurğulayıb.
"Avropa paytaxtlarında bu hücuma qarşı nə vaxt tədbir görüləcək? Yoxsa artıq çox gecdir? Mən belə düşünmürəm", - deyə o qeyd edib.
"Biz müttəfiqlərimizi dəstəkləyirik və gözləyirik ki, müttəfiqlərimiz də bizi dəstəkləməyə qadir və hazır olsunlar", - deyə Pentaqon rəhbəri əlavə edib.

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəldi.
Türkmənistanda Azərbaycan kitabları üçün xüsusi guşə yaradıldı
Kirayə mənzillər bahalaşacaq.
Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi kəskin artıb.
Rusiyalı milyarder Zelenski ilə görüşdü.
Bəhreynə zərbələr endirildi.
Rusiya ordusu bu ərazini nəzarətə götürdü.
Bu ölkə tamamilə işıqsız qaldı.
“ASAN xidmət”çilərin maaşlarında yenilik.
Qara dənizdə Türk gəmisi vuruldu - 1 ölü, 4 yaralı