Bu rayonların bəzi əraziləri qazsız qalacaq
Tarix: Dünən, 22:02
Baxılıb: 8 006
Google+ Paylaş
Tumblr Paylaş

Bu rayonların bəzi əraziləri qazsız qalacaq

Dünən, 22:02

Zaqatala rayonunun bir sıra küçələrində də qaz təchizatı müvəqqəti dayandırılacaq.
AvroMedia.Az 
xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar iyunun 19-da saat 09:00-dan işlər yekunlaşanadək rayonun N.Nərimanov, Ü.Hacıbəyov, G.Kərimova, M.Əzizbəyov, Tağıyev və 28 May küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Salyan Regional Qaz İstismarı İdarəsi yaydığı məlumatda isə qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq işlərinin aparılması ilə əlaqədar iyunun 19-da saat 11:00-dan işlər başa çatanadək Neftçalanın Beşdəli, Cəngən, Ərəbqardaşbəyli, Pirəbbə, 2-ci Qaralı və Yuxarı Qaraimanlı kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Qazın verilişi aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ