Almaniyanın daxili kəşfiyyat qurumu Türkiyənin Milli Kəşfiyyat Təşkilatını (MİT) ölkədə fəaliyyət göstərən ən aktiv xarici xüsusi xidmət orqanlarından biri kimi göstərib.
AvroMedia.Az xəbər verir ki, Berlin Senatının Daxili İşlər İdarəsinin yayımladığı 140 səhifəlik hesabatda Rusiya, Çin, İran və Türkiyə Almaniyaya qarşı kəşfiyyat fəaliyyəti aparan əsas ölkələr sırasında qeyd olunub.
AvroMedia.Az xəbər verir ki, Berlin Senatının Daxili İşlər İdarəsinin yayımladığı 140 səhifəlik hesabatda Rusiya, Çin, İran və Türkiyə Almaniyaya qarşı kəşfiyyat fəaliyyəti aparan əsas ölkələr sırasında qeyd olunub.
Sənəddə bildirilir ki, adı çəkilən ölkələrin xüsusi xidmət orqanları siyasi, iqtisadi və ictimai sahələrdə məlumat toplamaqla yanaşı, müxtəlif təsir əməliyyatları da həyata keçirirlər.
Hesabatda Türkiyənin Milli Kəşfiyyat Təşkilatı – MİT Almaniyada fəaliyyət göstərən ən aktiv xarici kəşfiyyat xidmətlərindən biri kimi təqdim edilib. Almaniya tərəfi xüsusilə Berlinin xarici xüsusi xidmət orqanlarının əsas fəaliyyət meydanlarından birinə çevrildiyini vurğulayıb.
MİT-in Almaniyadakı fəaliyyəti ilə bağlı konkret faktlar açıqlanmasa da, təşkilatın hesabatda Rusiya, Çin və İranın xüsusi xidmət orqanları ilə eyni sırada göstərilməsi diqqət çəkib.

Gələn ildən bu şəxslərə dövlət büdcəsindən pul veriləcək
Azərbaycanda PUA-larla bağlı qanuna dəyişiklik edilir
Şəhid övladları “Zəfər” intellektual yay düşərgəsində
Azərbaycanda yumurta 1 qəpiyədək ucuzlaşdı
İçimizdə Yaşayan Yollar
Milli Məclis bu qanunlara dəyişiklik edəcək
Ukrayna üçün 1 milyard vəsait ayrılacaq
Dünyada ilk gəmi tuneli tikilir
Xankəndiyə qayıdırlar
Neftimiz bu gün də ucuzlaşdı
ABŞ-İran danışıqları ləğv edildi