Ayaqlarda yanma hissi, baldırlarda şişkinlik, damar ulduzcuqları və dəridə rəng dəyişikliyi venalarla bağlı problemlərin ilk siqnalları ola bilər.
AvroMedia.Az xəbər verir ki, bununla bağlı həkimlər Oleq İvanov və Amina Platunova "RBK Life"a danışıblar.
AvroMedia.Az xəbər verir ki, bununla bağlı həkimlər Oleq İvanov və Amina Platunova "RBK Life"a danışıblar.
Həkimlərin sözlərinə görə, venoz xəstəliklərin əsas əlamətləri çıxıntılı damarlar, axşam saatlarında baldırların şişməsi, ağırlıq hissi, qıcolmalar və dəridə dəyişikliklərlə özünü göstərir. Yorğunluq, yanma, iynələnmə və narahatlıq başqa xəstəliklərlə də əlaqəli ola bilər.
Mütəxəssislər bildirirlər ki, baldır nahiyəsində dərinin rənginin dəyişməsi trofik pozğunluqlardan xəbər verə bilər. Ayaqda qəfil və ya uzunmüddətli şişkinlik, yara əmələ gəlməsi və varikoz nahiyəsində qızartı isə tromboz riski hesab olunur və belə hallarda təcili USM müayinəsi tövsiyə edilir.
Həkimlər ən təhlükəli vəziyyət kimi tromboflebiti göstəriblər. Bu zaman qəfil ağrı yaranır, damar bərkiyərək qızarmış zolağa çevrilir.
Eyni zamanda qeyd olunur ki, ayaqlarda görünən damarlar hər zaman xəstəlik əlaməti deyil — arıq insanlarda və idmançılarda bu, normal hal ola bilər. Buna baxmayaraq, şübhə yarandıqda fleboloqa müraciət etmək məsləhət görülür.

1 və 3 qəpiklər dövriyyədən çıxarılır?
Şam qozası ilə müalicə - Bu xəstələr faydalıdır
Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?