Bu ilin may ayında Azərbaycanda meyvələr bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb.
AvroMedia.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay ərzaq məhsulları üzrə qiymətlərdə həm artım, həm də azalma qeydə alınıb.
AvroMedia.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay ərzaq məhsulları üzrə qiymətlərdə həm artım, həm də azalma qeydə alınıb.
Məlumata əsasən, may ayında meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb.
Eyni dövrdə mineral sular, sərinləşdirici içkilər və şirələr 0,8%, ət və ət məhsulları 0,5% bahalaşıb. Süd və süd məhsulları, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər üzrə qiymətlər 0,4%, çörək və çörək məmulatları, yarmalar, eləcə də alkoqollu içkilər isə 0,2% artım göstərib.
Ən çox ucuzlaşma tərəvəzlərin qiymətində qeydə alınıb - may ayında tərəvəzlər 3,1% ucuzlaşıb. Bu dövrdə yumurta 1,8%, balıq və balıq məhsulları isə 0,4% ucuzlaşıb. Tütün məmulatlarının qiymətləri isə sabit qalıb.
Qeyd edək ki, cari ilin may ayında illik inflyasiya 5,6%, aylıq inflyasiya isə 0,1% təşkil edib.

Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə