Azərbaycana güclü istilər gəlir
Tarix: Bu gün, 08:57
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycana güclü istilər gəlir

Bu gün, 08:57

“Regional və qlobal iqlim dəyişiklikləri fonunda Azərbaycan ərazisində yay fəslinin ilkin mərhələsi olan iyun ayı dinamik meteoroloji proseslərlə xarakterizə olunur. Sinoptik proqnozlar təsdiqləyir ki, bu ilin iyun ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın və bəzi ərazilərdə normadan bir qədər yüksək olacaq. Birinci fazada (nisbi sabitlik) – ayın ilk günlərində temperatur iqlim norması daxilində (Bakıda gündüzlər 26-31°C) tərəddüd edəcək”.
AvroMedia.Az  xəbər verir ki, bu fikirləri Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov “konkret.az”a açıqlamasında səsləndirib:
“İkinci fazada (termik maksimum) isə – ayın ortalarından etibarən cənub mənşəli hava kütlələrinin daxil olması ilə mütləq maksimum temperatur kəskin yüksələcək. Bakıda bəzi günlərdə 35-38°C, Mərkəzi Aran və pizza sifarişi
Naxçıvanda isə 36-40°C isti qeydə alınacaq.
Proqnoz modelləri yağıntıların paylanmasında kəskin qeyri-bərabərlik proqnozlaşdırır. Belə ki, ölkə üzrə aylıq yağıntının miqdarının iqlim normasından az və ya normaya yaxın olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda (xüsusilə Balakən-Şəki, Quba-Xaçmaz, Qarabağ və Şərqi Zəngəzur zonalarında) konvektiv buludluğun, lokal xarakterli, qısamüddətli intensiv leysan, şimşək və dolu düşməsi ehtimalı yüksəkdir. Dağ çaylarından qısamüddətli sel keçəcəyi gözləniləndir”.
Ekspert qeyd edir ki, iyun ayında temperaturun çoxillik iqlim normasından yüksək olması və bəzi günlərdə 38°C – 40°C həddinə çatması birbaşa irimiqyaslı atmosfer sirkulyasiyası ilə bağlıdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ