İtkilər aradan qaldırılsa, nəzərdə tutulandan daha çox məhsul əldə etmək mümkündür.
Azərbaycanda kənd təsərrüfatının davamlı inkişafı üçün kadr hazırlığı, elmi təminat və hüquqi bazanın gücləndirilməsi əsas prioritetlərdən biri olmalıdır.
AvroMedia.Az xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə “Azərbaycan Respublikasında
Azərbaycanda kənd təsərrüfatının davamlı inkişafı üçün kadr hazırlığı, elmi təminat və hüquqi bazanın gücləndirilməsi əsas prioritetlərdən biri olmalıdır.
AvroMedia.Az xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə “Azərbaycan Respublikasında
kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.
Deputat qeyd edib ki, aqrar sektorda çalışan mütəxəssislərin əhəmiyyətli hissəsi yaşlı nəsli təmsil edir və gənclərin kənd təsərrüfatı sahəsinə cəlb olunması vacibdir.
"Azərbaycanda kadrlarla bağlı məsələ çox problemlidir. Aqrar sahədə çalışanların böyük hissəsinin yaşı 60-70-dən də yuxarıdır. Belə davam etsə, bu sahədə ciddi problemlər yarana bilər", – Məsimli deyib.
Onun sözlərinə görə, aqrar sahədə elmi yanaşmanın gücləndirilməsi, beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi və ölkədə ixtisaslaşmış aqrar elmi mərkəzin yaradılması sektorun inkişafına əlavə töhfə verə bilər.
Məsimli bildirib ki, Azərbaycan postsovet məkanında ən genişmiqyaslı aqrar islahatlar həyata keçirən ölkələrdən biri olub və bu islahatlar kənd təsərrüfatının inkişafı üçün mühüm baza formalaşdırıb.
Bununla belə, deputat əvvəlki dövlət proqramlarında müəyyən edilmiş bir sıra hədəflərin tam icra olunmamasının səbəblərinin təhlil edilməsinin vacibliyini vurğulayıb.
"Əvvəlki strategiyalarda nəzərdə tutulan hədəflərin çoxuna çatılmadı. Ona görə də yeni proqramda qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əvvəlki çatışmazlıqlar ciddi təhlil edilməlidir", – o bildirib.
Taxılçılıq sahəsinə toxunan deputat məhsuldarlığın artırılması üzrə daha iddialı məqsədlərin müəyyənləşdirilməsini təklif edib.
Onun fikrincə, ölkə üzrə orta taxıl məhsuldarlığının hər hektardan 30 sentnerdən 50 sentnerə çatdırılması strateji hədəf kimi nəzərdən keçirilə bilər.
Məsimli həmçinin istehsaldan istehlaka qədər olan zəncirdə məhsul itkilərinin azaldılmasının vacibliyini qeyd edib.
"Əgər istehsal olunan məhsulun yığılmaması və tarladan süfrəyə qədər itkilər aradan qaldırılsa, proqramda nəzərdə tutulandan daha çox məhsul əldə etmək mümkündür", – deputat deyib.
O əlavə edib ki, kənd təsərrüfatında dövlət sifarişləri və satınalma mexanizmləri bazar şəraitinə uyğun daha çevik formada tənzimlənməlidir.
Deputatın sözlərinə görə, müqavilə qiymətlərinin bazar dəyişikliklərinə uyğunlaşdırılması istehsalçıların maliyyə dayanıqlığını gücləndirə və investisiya marağını artıra bilər.
Məsimli çıxışında aqrar inkişaf proqramının həyata keçirilməsində hüquqi təminat məsələlərinə xüsusi diqqət ayrılmasının vacibliyini də vurğulayıb.

Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq