ABŞ İrana endirdiyi əlavə zərbələri başa çatdırıb
Tarix: Bu gün, 08:17
Baxılıb: 2 980
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ İrana endirdiyi əlavə zərbələri başa çatdırıb

Bu gün, 08:17

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən əlavə zərbələrin başa çatdığını açıqlayıb.
AvroMedia.az xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.
Məlumata görə, əməliyyat iyunun 10-da ABŞ Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanının əmri ilə həyata keçirilib.
"CENTCOM qüvvələri Ali Baş Komandanın göstərişi ilə İrandakı bir neçə hədəfə əlavə zərbələrin endirilməsini başa çatdırıb", - deyə açıqlamada qeyd olunub.
Komandanlıq bildirib ki, hücumların əsas hədəfləri İranın rabitə sistemləri, hava hücumundan müdafiə vasitələri və kəşfiyyat sistemləri olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ