İran Hörmüz boğazı ilə bağlı yeni plan hazırladı.
Tarix: Dünən, 21:59
Baxılıb: 8 010
Google+ Paylaş
Tumblr Paylaş

İran Hörmüz boğazı ilə bağlı yeni plan hazırladı.

Dünən, 21:59

İranın Hörmüz boğazı üzrə planı hazırdır və parlamentin açılışından sonra baxılacaq.
AvroMedia.Az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü olan İsmayıl Kövsəri yerli mediaya müsahibəsində deyib.
"Bu sahədə bütün tədbirlər, ekspert yoxlamaları aparılıb və Milli Təhlükəsizlik Komissiyası öz işini başa çatdırıb", - o bildirib və əlavə edib ki, Fars körfəzi ölkələri ABŞ-nin regionun imkanlarından sui-istifadəsinə mane olmalıdır.
Kövsərinin fikrincə, istənilən gərginlik region ölkələrinin təhlükəsizliyinə və maraqlarına təsir edəcək:
"ABŞ-nin Qərbi Asiyada mövcudluğu region ölkələri üçün sərfəli deyil və bu mövcudluğa son qoymaq üçün səy göstərilməlidir".
Qeyd edək ki, Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələlərdir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ