İsti duşun gözlənilməz təhlükələri açıqlandı.
Tarix: Bu gün, 13:16
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

İsti duşun gözlənilməz təhlükələri açıqlandı.

Bu gün, 13:16

Həkim Ariel Nunyes isti duş qəbul etməyi sevən insanlara bunun sağlamlıq üçün müəyyən təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edib.
AvroMedia.Az xarici KİV-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, isti su dərinin həddindən artıq qurumasına səbəb olur. Dermatiti və ya allergiyası olan şəxslərdə isə bu, xəstəliyin kəskinləşməsi riskini artırır. Mütəxəssis bildirib ki, isti su baş dərisində yağ ifrazını artırır, eyni zamanda saçların uclarını qurudaraq zədələyə bilər.
Nunyes əlavə edib ki, isti duş qan damarlarının genişlənməsinə səbəb olduğundan arterial təzyiqin aşağı düşməsi ilə nəticələnə bilər. Bu vəziyyət adətən başgicəllənmə və halsızlıqla özünü göstərir.
Həkimin sözlərinə görə, isti duşun digər mənfi təsirləri arasında bütün bədəndə qaşınma, dərinin təbii qoruyucu baryerinin zədələnməsi və çoxlu buxar səbəbindən tənəffüs yollarında narahatlıq da yer alır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ