“Maxi.az” rəhbərinə “stop” qoyuldu - Milyonlarla..
Tarix: Bu gün, 20:50
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

“Maxi.az” rəhbərinə “stop” qoyuldu - Milyonlarla..

Bu gün, 20:50

Azərbaycanda distributor kimi fəaliyyətdə olan "İnteqral" Qapalı Səhmdar Cəmiyyəti (Maxi.az) rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. 
AvroMedia.Az  Qaynarinfo-ya istinadla bildirir ki, buna səbəb böyük elektronika və məişət texnikasının satış şəbəkələrindən olan "Maxi.az"ın baş direktoru Əliyev İbrahim Bayraməli oğlunun külli miqdarda vergi borcunun olmasıdır. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Maxi.az"ın baş direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulması üçün məhkəməyə müraciət edilib. Məlum olub ki, İbrahim Əliyevin sözügedən idarəyə 1.234.575,87 AZN vergi borcu yaranıb.  
Məhkəmənin qərarı ilə "onun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb. 
Qeyd edək ki, rlektronika və məişət texnikası mağazalar şəbəkəsi kimi tanınan "Maxi.az” şirkətinin filialları 2023-cü ilin iyun ayında bağlanıb.  "İnteqral Plus" mağazalar şəbəkəsinin əsasında qurulan bu şirkət 2006-cı ildən fəaliyyət göstərməyə başlayıb və hazırda Azərbaycanın ən böyük elektronika və məişət texnikasının distribyutorlarından biridir. "Maxi.az" məhsulları onlayn olaraq satılır, filiallar isə fəaliyyət göstərmədiyi deyilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ