Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.
AvroMedia.Az xəbər verir ki, bu barədə idarədən məlumat verilib.
Bildirilib ki, bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edirlər. Qeyd olunub ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, onların və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.
Bu səbəbdən avtomobil icarəsi şirkətlərinə nəqliyyat vasitələrini icarəyə verərkən sürücülük vəsiqəsinin etibarlılığını, şəxsin yaşını və nəqliyyat vasitəsini idarə etmək hüququnu diqqətlə yoxlamaq tövsiyə olunub.
DYP şirkətləri “Son zəng” tədbirləri ilə əlaqədar məktəblilərə və ya sürücülük hüququ olmayan şəxslərə avtomobil təqdim etməməyə çağırıb.
Məlumatda vurğulanıb ki, belə hallar aşkarlandığı təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Qurum hesab edir ki, bu məsələyə həssas yanaşılması mümkün xoşagəlməz hadisələrin qarşısının alınmasına və məzun gününün təhlükəsiz şəraitdə keçirilməsinə xidmət edəcək.

Rəsmi Bakıdan ABŞ və İrana dəstək: Alqışlayırıq
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq
Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb
Ermənistana tranzit keçməklə 7 vaqon buğda göndəriləcək
Yataq otağındakı bu əşyaları gözdən uzaq yerdə saxlayın
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Əhaliyə verilən içməli suyun rəngi dəyişib
Neftin qiyməti son üç ayda ilk dəfə 84 dollardan aşağı enib
Azərbaycan karateçisi qızıl medal qazanıb
ABŞ-də paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı
Hindistan gəmisi Oman sahillərində batıb
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə qalib birinci oldu