Tovuzda son günlər yağan aramsız yağışlar çaylarda selə səbəb olub. Nəticədə rayonun bəzi kəndlərində içməli suyun tərkibində bulanma halları qeydə alınıb.
AvroMedia.Az xəbər verir ki, rayonun Köhnə Qala kənd sakinlərinin iddiasına görə, bu səbəbdən içməli sudan istifadə edə bilmirlər.
Sakinlərin sözlərinə görə, mənbəyini Zəyəm çayından götürən su xətti 40 ildən artıqdır ki, istismar olunur və həmin xəttin filtr sistemi artıq istifadəyə yararsız vəziyyətdədir.
Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyindən bildirildi ki, yaranan şəraitdə su təmizləyici qurğular gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, suyun emalı texnoloji tələblərə uyğun şəkildə həyata keçirilir və keyfiyyət göstəricilərinə davamlı nəzarət olunur. Bəzi ərazilərdə suyun rəngində və ya bulanıqlığında qısamüddətli dəyişikliklər müşahidə oluna bilər ki, bu da sel sularının çaylara təsiri ilə əlaqədardır və müvəqqəti xarakter daşıyır. Hazırda Zəyəm çayında selin istiqamətini əsas su təmizləyici qurğulardan uzaq tutmaq üçün əlavə bəndləmə işləri də aparılır.

Sabah 32 dərəcə isti olacaq
Rəsmi Bakıdan ABŞ və İrana dəstək: Alqışlayırıq
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq
Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb
Ermənistana tranzit keçməklə 7 vaqon buğda göndəriləcək
Yataq otağındakı bu əşyaları gözdən uzaq yerdə saxlayın
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Neftin qiyməti son üç ayda ilk dəfə 84 dollardan aşağı enib
Azərbaycan karateçisi qızıl medal qazanıb
ABŞ-də paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı
Hindistan gəmisi Oman sahillərində batıb