Yayda soyuq pivə içənlərə xəbərdarlıq
Tarix: Dünən, 22:51
Baxılıb: 8 003
Google+ Paylaş
Tumblr Paylaş

Yayda soyuq pivə içənlərə xəbərdarlıq

Dünən, 22:51

İsti hava ilə əlaqədar olaraq pivənin soyuq halda qəbul edilməsi orqanizmdə müəyyən problemlər yarada bilər.
AvroMedia.Az
zəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında tibb elmləri doktoru, professor Araz Əliquliyev bildirib. Onun sözlərinə görə, pivə qida məhsulu hesab olunsa da, normadan artıq qəbul edilməsi bədənə ziyandır:
“Məsələn, xəstələnməmək üçün dondurmanın qışda yeyilməsi tövsiyə olunduğu kimi, yayda da soyuq içkilərə qarşı diqqətli olmaq lazımdır. Pivə tərkibindəki alkoqolun az olması və sərin vəziyyətdə içilməsi səbəbindən insana müvəqqəti rahatlıq hissi bəxş edir. Prinsipcə, pivə qida məhsulu hesab olunsa da, normadan artıq qəbul edilməsi bədənə ziyandır”.
A.Əliquliyev qeyd edib ki, yay mövsümündə sərinləmək məqsədilə hər gün pivə içmək normal bir haldır, amma həddindən artıq içmək asılılığa səbəb ola bilər:
“Xüsusilə ürək-damar və böyrək xəstəliklərindən əziyyət çəkənlərin bu içkidən uzaq durması məsləhətdir. Pivə bədəndə maye balansını artırdığı üçün ürək çatışmazlığı zamanı qan dövranını yükləyə və toksiki təsir göstərə bilər. Həmçinin, şəkərli diabet xəstələrinə də bu içki tövsiyə edilmir; çünki tərkibi karbohidratlarla zəngindir və qandakı şəkərin miqdarını sürətlə yüksəldir. Maddələr mübadiləsi pozulan və piylənmədən əziyyət çəkən şəxslər də pivə qəbulundan yayınmalıdırlar”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ