Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Tarix: Bu gün, 08:28
Baxılıb: 8 001
Google+ Paylaş
Tumblr Paylaş

Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu

Bu gün, 08:28

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirdiyini açıqlayıb.

AvroMedia.Az xəbər verir ki, SEPAH-ın məlumatına görə, çərşənbə günü iki dalğa şəklində həyata keçirilən zərbələr nəticəsində Küveytdəki “Əli Əs-Salem” və “Əhməd Əl-Cabir” hava bazaları, eləcə də, Bəhreyndəki “Şeyx İsa” hava bazasında yerləşən ümumilikdə 18 “mühüm ABŞ hərbi hədəfi” vurulub.
Qeyd olunur ki, əməliyyatlar ABŞ-nin İranın cənub bölgələrinə, o cümlədən, Bəndər Abbas ətrafına endirdiyi zərbələrə cavab olaraq Aerokosmik Qüvvələr və Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilib. Məlumata görə, hədəflər tamamilə məhv edilib.
Bölgədəki hadisələr fonunda Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə sirenlərin işə salındığını açıqlayıb. Nazirlik əhalini sakitliyə çağıraraq vətəndaşlardan ən yaxın sığınacaqlara yönəlmələrini istəyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ