Rusiyalı həkim-kosmetoloq Larisa Lyubina bildirib ki, günəş yanığı zamanı dəriyə kefir və ya xama çəkmək infeksiyaya səbəb ola bilər.
AvroMedia.Az xəbər verir ki, onun sözlərinə görə, bu xalq üsulu dərinin üzərində yağlı təbəqə yaradır və istiliyin xaric olmasına mane olur. Nəticədə yanıq daha da ağırlaşa bilər. Bundan əlavə, turş süd məhsullarının tərkibindəki bakteriyalar infeksiya riskini artırır.
Mütəxəssis günəş yanığı nəticəsində yaranan suluqları (qabarcıqları) deşməməyi tövsiyə edib. O qeyd edib ki, suluq dərinin steril qoruyucu təbəqəsidir və onun zədələnməsi infeksiyanın daxil olması üçün şərait yaradır.
Lyubinanın sözlərinə görə, günəş altında uzun müddət qaldıqdan sonra ən yaxşı üsul sərinləşdirici duş qəbul etmək, dərini zərif şəkildə təmizləmək və aloe vera, pantenol və ya hialuron turşusu tərkibli kremlərlə bol nəmləndirməkdir.

Rəsmi Bakıdan ABŞ və İrana dəstək: Alqışlayırıq
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq
Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb
Ermənistana tranzit keçməklə 7 vaqon buğda göndəriləcək
Yataq otağındakı bu əşyaları gözdən uzaq yerdə saxlayın
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Əhaliyə verilən içməli suyun rəngi dəyişib
Neftin qiyməti son üç ayda ilk dəfə 84 dollardan aşağı enib
Azərbaycan karateçisi qızıl medal qazanıb
ABŞ-də paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı
Hindistan gəmisi Oman sahillərində batıb
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə qalib birinci oldu