Qlütensiz qidalanma son illərdə təkcə bir məcburiyyət deyil, həm də daha yüngül və balanslı qidalanmaq istəyənlərin seçiminə çevrilib. Tərkibində qlüten olmayan, xəmir yuxası istifadə edilmədən qarğıdalı unu ilə hazırlanan bu ispanaqlı börək, həm yüngül, həm də bəsləyici bir alternativ axtaranlar üçün nəfis bir seçimdir.
AvroMedia.az ispanaqlı börəyin reseptini təqdim edir:
Lazım olan ərzaqlar
Börək qarışımı üçün:
2 ədəd yumurta
1 stəkan qatıq
1 stəkan qarğıdalı unu
1 paket qabartma tozu
1 çay qaşığı duz
1/2 çay qaşığı istiot
2 stəkan doğranmış ispanaq
1/2 stəkan sürtgəcdən keçirilmiş kaşar pendiri (və ya istənilən əriyən bərk pendir)
Üzəri üçün:
1 dad qaşığı küncüt
1,5 çay qaşığı çörek otu
HAZIRLANMASI
Yumurta, qatıq, duz, istiot və qabartma tozunu geniş bir qabda yaxşıca qarışdırın.
Üzərinə qarğıdalı ununu əlavə edərək hamar (topaqsız) bir xəmir əldə edənə qədər çalın.
Doğranmış ispanaqları bu qarışıma əlavə edib bərabər şəkildə paylanmasını təmin edin.
Hazırladığınız qarışımı yağlanmış soba qabına tökün.
Üzərinə sürtgəcdən keçirilmiş kaşar pendirini səpələyin.
Küncüt və çörek otu səpərək son toxunuşu edin.
Əvvəlcədən 185°C dərəcəyədək qızdırılmış sobada, üzəri qızarana qədər (təxminən 25 dəqiqə) bişirin.
Börəyi dilimləyərək isti və ya ilıq halda servis edə bilərsiniz. Nuş olsun!Milli.Az

Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı
Tramp ad günü hədiyyəsi olaraq dünya sülhü istədiyini bildirib