ABŞ və İran arasında artan hərbi gərginlik qlobal enerji bazarlarına təsir edib. İranın Hörmüz boğazını bağladığını elan etməsi və ABŞ-nin İrana qarşı yeni hava zərbələri endirməsi fonunda neftin qiyməti bir barel üçün 1 dollardan çox artıb.
AvroMedia.Az “Reuters”ə istinadən xəbər verir ki, “Brent” markalı neftin avqust fyuçersləri 1,48 dollar və ya 1,6 faiz bahalaşaraq 94,58 dollara yüksəlib.
ABŞ-nin WTI markalı nefti isə 1,71 dollar və ya 1,9 faiz artaraq 91,74 dollara çatıb. WTI neftinin qiyməti 3 dollardan çox yüksəlib.
Qiymət artımına əsas səbəb kimi İranın Hörmüz boğazını bağlaması və boğazdan keçməyə çalışan gəmilərin hədəfə alınacağı ilə bağlı xəbərdarlığı göstərilir. Hörmüz boğazı dünya üzrə neft və qaz daşımalarının təxminən beşdə birinin həyata keçirildiyi strateji marşrut hesab olunur.
Bildirilir ki, bölgədə hərbi əməliyyatların genişlənməsi enerji tədarükü ilə bağlı narahatlıqları artırır və bu da bazarlarda qiymətlərin yüksəlməsinə səbəb olur.
Gərginlik ABŞ-nin İrana qarşı yeni hücumlar həyata keçirməsi və Prezident Donald Trampın Tehranla razılaşma əldə olunmayacağı təqdirdə əlavə zərbələr endiriləcəyi barədə açıqlamalarından sonra daha da artıb.
Bununla yanaşı, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) açıqladığı məlumatlar da qiymət artımını dəstəkləyib. Qurumun hesabatına əsasən, ölkənin xam neft ehtiyatları son həftə ərzində 7,2 milyon barel azalaraq 426,5 milyon barelə düşüb. Bu göstərici bazar gözləntilərini əhəmiyyətli dərəcədə üstələyib.

Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı
Tramp ad günü hədiyyəsi olaraq dünya sülhü istədiyini bildirib
Qara zirə yağının 8 əsas faydası – Radiasiyadan qoruyur