Yumurtalar niyə tez xarab olur?
Tarix: Bu gün, 11:19
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Yumurtalar niyə tez xarab olur?

Bu gün, 11:19

Rusiyalı diyetoloq Yelena Solomatina bildirib ki, yumurtalar soyuducunun qapısında daha tez xarab olur.
AvroMedia.Az  xəbər verir ki, bu barədə o, "Veçernyaya Moskva"ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, yumurtaların soyuducunun qapısında saxlanılması məhsulun daha tez xarab olması riski səbəbindən təhlükəli ola bilər. 
Mütəxəssisin sözlərinə görə, soyuducunun qapısında temperatur ən çox dəyişən hissədir, çünki qapı daim açılıb-bağlanır. Belə temperatur fərqləri süd və yumurtaların daha tez xarab olmasına səbəb olur. Buna görə də bu məhsulları soyuducunun əsas rəflərində saxlamaq tövsiyə edilir.
Diyetoloq qeyd edib ki, yumurtaların saxlama müddəti onların çeşidlənmə tarixindən və saxlanma şəraitindən də asılıdır. O, yumurtaların alındıqdan sonra yuyulmasını da vacib amillərdən biri kimi göstərib. Solomatinanın sözlərinə görə, yumurtaların su ilə yuyulması salmonella infeksiyasına yoluxma riskini azaltsa da, onların saxlanma müddətini əhəmiyyətli dərəcədə qısaldır.
Həkim həmçinin soyuducunun qapısında ət, qiymə, kolbasa, yumşaq pendirlər və turş süd məhsullarının saxlanılmasını məsləhət görməyib. Onun sözlərinə görə, qidaların keyfiyyətinin qorunmasına təkcə saxlanma yeri deyil, həm də soyuducunun temperatur ayarları, otaqdakı temperatur və qapının nə qədər açıq qalması təsir göstərir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ