Yay aylarında havaların istiləşməsi ilə orqanizmin suya olan tələbatı da artır.
AvroMedia.Az xəbər verir ki, mütəxəssislər gün ərzində kifayət qədər su qəbul etməyin vacibliyini vurğulayır, su tərkibi yüksək olan meyvələrin isə bədənin maye balansını qorumağa kömək edə biləcəyini bildirirlər. Bu meyvələrin başında qarpız gəlir.
Tərkibinin 90 faizdən çoxu sudan ibarət olan qarpız yay aylarında həm sərinləşdirici təsiri, həm də zəngin vitamin və mineral tərkibi ilə diqqət çəkir. Xüsusilə isti havalarda yaranan maye itkisini qismən kompensasiya etməyə kömək edən qarpız aşağı kalorili olması ilə də üstünlük qazanır.
Susuzluğa qarşı təbii dəstək
Qarpız A və C vitaminləri, kalium və antioksidantlarla zəngindir. Mütəxəssislərin sözlərinə görə, qarpız suyun yerini tam əvəz etməsə də, gündəlik maye qəbuluna əlavə töhfə verə bilər. Tərkibindəki təbii şəkər sayəsində enerji verən bu meyvə yüksək su miqdarı ilə sərinlik hissi yaradır.
Su tərkibi yüksək olan digər meyvələr
Qarpızla yanaşı, yemiş, çiyələk, şaftalı və nektarin də yüksək su tərkibinə görə yay mövsümündə tez-tez seçilən meyvələr sırasındadır. Bu meyvələr balanslı şəkildə istehlak edildikdə həm maye ehtiyacının qarşılanmasına dəstək olur, həm də orqanizmi vitaminlərlə təmin edir.
Mütəxəssislərdən xəbərdarlıq
Mütəxəssislər xatırladırlar ki, su tərkibi yüksək olsa belə, meyvələr içməli suyun yerini tutmur. Buna görə də isti havalarda böyüklər gün ərzində kifayət qədər su içməyə davam etməlidirlər.

Azad olunmuş ərazilərə ayrılan məbləğin detalları açıqlandı
Qızılın SON qiyməti.
Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
9 İyunun strateji NƏTİCƏLƏRİ
Azərbaycan neftinin yeni qiyməti bilindi.
Ürəyinizi qorumağa bunlar kömək edə bilər.
Ət yeyənlərdə insult riski çox olur
Səyahət zamanı dərmanları necə düzgün qablaşdırmaq olar?
Hərbiçilərin olduğu helikopter qəzaya uğradı.
Əsl kərə yağı, yoxsa bitki yağı?
Kondisionerlər ürəyə necə təsir edir?