Azərbaycanda 2025-ci ildə təxminən 814 mindən çox 15 yaş və yuxarı şəxs həddən artıq piylənmədən (bədən çəkisinin orta əmsalı 30-dan yuxarı olması) əziyyət çəkib.
AvroMedia.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib
Bildirilib ki, bu göstərici kişilər arasında 9,3 faiz, qadınlar arasında isə 10,6 faiz olub.
Ölkədə ümumi sayı 797 700 nəfər təşkil edən 15–19 yaşlılar arasında həddən artıq piylənmə 0,7 faiz, 20–44 yaş qrupunda (ümumi sayı 649 200 nəfər) 4,3 faiz, 45–64 yaş qrupunda (2 408 100 nəfər) 16,4 faiz, 65 və yuxarı yaşlı əhali arasında (1 012 300 nəfər) isə 19,3 faiz təşkil edib.
Məlumata görə, 15–19 yaş qrupunda bu göstərici oğlanlar arasında 0,5 faiz, qızlar arasında 0,8 faiz olub. 20–44 yaşlılar arasında kişilərdə piylənmə səviyyəsi 5,5 faiz, qadınlarda 3,1 faiz təşkil edib. 45–64 yaş qrupunda göstərici kişilərdə 15,2 faiz, qadınlarda 17,6 faiz, 65 yaşdan yuxarı əhali arasında isə müvafiq olaraq 15,3 faiz və 22,6 faiz olub.
Araşdırma nəticələri göstərir ki, həddən artıq piylənmə halları yaş artdıqca yüksəlir və ən yüksək göstərici 65 yaşdan yuxarı qadınlar arasında qeydə alınıb.

İsti havalarda az yemək təhlükəli ola bilər
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin