İranla bağlı açıqlamadan sonra neft ucuzlaşdı
Tarix: Bu gün, 08:40
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

İranla bağlı açıqlamadan sonra neft ucuzlaşdı

Bu gün, 08:40

ABŞ Prezidenti Donald Trampın İranla razılaşma prosesində irəliləyiş əldə olunduğuna dair açıqlamalarından sonra dünya bazarında neft ucuzlaşıb.
AvroMedia.Az xəbər verir ki, dünən bir bareli 95 dollara qədər yüksələn “Brent” markalı neft günü 93,10 dollar səviyyəsində başa vurub.
Bu gün isə “Brent” neftinin fyuçersləri təxminən 3,4 faiz ucuzlaşaraq 89,93 dollara qədər geriləyib. ABŞ-nin WTI markalı nefti isə 87,13 dollardan ticarət olunub.
Qiymətlərin enməsinə səbəb Trampın İranla razılaşmanın yekun mərhələyə çatdığını və bu gün üçün planlaşdırılan hərbi əməliyyatların ləğv edildiyini bildirməsi olub.
ABŞ lideri həmçinin İranla razılaşmanın bir sıra regional ölkələrin iştirakı ilə tamamlandığını və imzalanma mərasiminin tarixinin yaxın vaxtlarda açıqlanacağını qeyd edib.
Bazarlarda İranla mümkün razılaşmanın Yaxın Şərqdə gərginliyi azaldacağı, xüsusilə Hörmüz boğazından enerji daşımaları ilə bağlı riskləri minimuma endirəcəyi gözləntiləri formalaşıb. Bu amil neft qiymətlərinə aşağı yönlü təzyiq göstərib.
Qiymətlərin azalmasına təsir edən digər amil isə ABŞ-də açıqlanan inflyasiya göstəriciləri olub.
ABŞ Əmək Nazirliyinin məlumatına görə, İstehsalçı Qiymətləri İndeksi (PPI) may ayında aylıq 1,1 faiz, illik isə 6,5 faiz artaraq bazar proqnozlarını üstələyib. Beləliklə, istehsalçı inflyasiyası 2022-ci ilin noyabr ayından bəri ən yüksək səviyyəyə yüksəlib.
Bildirilir ki, yüksək inflyasiya ABŞ Federal Ehtiyat Sisteminin faiz endirimi planlarını təxirə sala bilər. Bu isə iqtisadi aktivliyə və qlobal neft tələbinə mənfi təsir göstərə biləcəyi üçün qiymətlər üzərində əlavə təzyiq yaradır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ