Metroda itən əşyaların aqibəti necə olur?
Tarix: Bu gün, 17:32
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Metroda itən əşyaların aqibəti necə olur?

Bu gün, 17:32

Metrodan hər gün yüzlərlə sərnişin istifadə edir və bu zaman müxtəlif şəxsi əşyaların vaqonlarda və ya stansiyalarda unudulması halları da baş verir.
Bəs unudulan əşyalar hara aparılır və onları geri almaq üçün hansı prosedurlardan keçmək lazımdır?
AvroMedia.Az-ın xəbər verir ki, milli.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, tapılan bütün əşyalar metropolitenin polis idarəsində qorunub saxlanılır və polis əməkdaşları tərəfindən sahiblərinə qaytarılması üçün gözlənilir.
Qeyd edib ki, vətəndaş əşyasının itməsi ilə bağlı müraciət etdikdə polis idarəsinə dəvət olunur. Prosedura uyğun olaraq qəbz tərtib edilir, əşya isə sahibinə təhvil verilir:
"Qeyd edək ki, vətəndaş əgər bir ay ərzində müraciət etməzsə, tapılan əşyalar Bakı Şəhər Polis İdarəsinin Tapıntılar Bürosuna təhvil verilir".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ