Bilman İSAQ
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi son illərin ən mühüm siyasi və geosiyasi sənədlərindən biri hesab olunur. İmzalanmasından beş il keçməsinə baxmayaraq, bu sənədin regional və beynəlxalq əhəmiyyəti daha da artmaqdadır.
Şuşa Bəyannaməsi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra formalaşan yeni reallıqlar fonunda imzalandı. Şuşanın işğaldan azad edilməsindən sonra məhz bu şəhərdə belə mühüm sənədin imzalanması həm siyasi, həm də mənəvi baxımdan xüsusi məna daşıyırdı.
Bəyannamə iki qardaş ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik mərhələsinə yüksəltdi. Sənəddə siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Şuşa Bəyannaməsinin ən mühüm xüsusiyyətlərindən biri onun təhlükəsizlik aspektidir. Sənədə əsasən, tərəflərdən birinə qarşı təhdid və ya təcavüz baş verdiyi halda qarşılıqlı məsləhətləşmələr aparılacaq və birgə fəaliyyət göstəriləcək.
Bu müddəa Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Son illərdə keçirilən birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq, hərbi texnologiyaların paylaşılması və təhlükəsizlik məsələlərində koordinasiya regionda sabitliyin qorunmasına mühüm töhfə verir.
Mütəxəssislərin fikrincə, Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına ciddi təsir göstərib və regionda güc balansının müəyyənləşməsində mühüm rol oynayır.
Bəyannamə yalnız siyasi və hərbi sahələri deyil, iqtisadi əməkdaşlığı da əhatə edir. Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların genişləndirilməsi, sənaye, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində əməkdaşlığın inkişafı əsas prioritetlər sırasındadır.
Son illərdə enerji və nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi iki ölkənin iqtisadi inteqrasiyasını daha da gücləndirib. Xüsusilə Orta Dəhliz layihəsinin aktuallığının artdığı bir dövrdə Azərbaycan və Türkiyə əməkdaşlığı Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır.
Şuşa Bəyannaməsi təkcə Azərbaycan-Türkiyə münasibətlərinin sənədi deyil, həm də türk dünyasının inteqrasiyasına verilən mühüm töhfədir. Son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi fonunda Şuşa Bəyannaməsi ortaq siyasi iradənin və strateji baxışın ifadəsi kimi çıxış edir.
Bu sənəd türk dövlətləri arasında iqtisadi əlaqələrin, nəqliyyat-kommunikasiya imkanlarının və mədəni-humanitar münasibətlərin inkişafına da müsbət təsir göstərir. Türk dünyasının vahid geosiyasi platforma kimi formalaşmasında Azərbaycan və Türkiyənin liderliyi xüsusi əhəmiyyət daşıyır.
Şuşa Bəyannaməsi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində Türkiyə şirkətlərinin fəal iştirakına da zəmin yaradıb. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, yolların, hava limanlarının və yaşayış məntəqələrinin tikintisində Türkiyə şirkətləri mühüm rol oynayırlar.
Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də siyasi və mənəvi məna daşıyır. Türkiyənin Qarabağın dirçəlişində iştirakı iki ölkə arasındakı qardaşlıq münasibətlərinin praktik təzahürü kimi qiymətləndirilir.
Müasir dünyada geosiyasi qarşıdurmaların artdığı, beynəlxalq münasibətlər sisteminin transformasiya olunduğu bir dövrdə Şuşa Bəyannaməsinin əhəmiyyəti daha da yüksəlir. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və regional sabitliyin qorunması məsələlərində Azərbaycan-Türkiyə əməkdaşlığı mühüm faktor kimi çıxış edir.
Bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər "Bir millət, iki dövlət" prinsipindən çıxış edərək faktiki müttəfiqlik modelinə çevrilib. Şuşa Bəyannaməsi isə bu modelin hüquqi və siyasi əsasını təşkil edir.
Şuşa Bəyannaməsi yalnız iki dövlət arasında imzalanmış növbəti sənəd deyil, XXI əsrdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf strategiyasını müəyyən edən tarixi yol xəritəsidir. Bu sənəd regional sabitliyin möhkəmlənməsinə, iqtisadi inkişafın sürətlənməsinə, türk dünyasının inteqrasiyasına və yeni geosiyasi reallıqların formalaşmasına mühüm təsir göstərir.
İmzalanmasından beş il sonra da Şuşa Bəyannaməsi öz aktuallığını qoruyur və Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını nümayiş etdirən ən mühüm siyasi sənədlərdən biri kimi tarixdə qalır.

Sərvəti ölkə büdcələri ilə müqayisə olunan azərbaycanlı
“WhatsApp” bəzi telefonlarda fəaliyyətini dayandıracaq
Türkiyə Ermənistanla sərhədi açdı
Çimərlikdə bunları etmək qadağandır!
Əhalinin sayının azaldılması ilə bağlı referendum keçirəcəklər
Bakı-Naxçıvan reysləri bərpa olundu
Qara qızıl ucuzlaşdı
5 ildə bütün dünyada içki içənlərin sayı azalacaq - Yeni statistika
Bu gün Azərbaycanda “Son zəng”dir