Ukrayna Prezidenti Volodimir Zelenski rus dilini ölkədə Regional və ya Azlıqların Dilləri haqqında Avropa Xartiyasının müddəalarının tətbiq olunduğu dillər siyahısından çıxaran qanunu imzalayıb.
AvroMedia.az oxu.az-a istinadən xəbər verir ki, “Rus dili Ukraynanın Xartiya müddəalarını tətbiq etdiyi dillər siyahısından çıxarılıb. Bu, ədalətli və qanuni qərardır. Təcavüzkar dövlətin dili yerli xalqların və milli icmaların dillərini dəstəkləmək məqsədilə yaradılmış müdafiə mexanizmlərindən yararlana bilməz”, – deyə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.
Stefançuk vurğulayıb ki, Ukrayna dövlət dilini qoruyur, dil və mədəni müxtəlifliyə hörmətlə yanaşır, eyni zamanda Rusiyanın imperialist təsirini uzun illər istifadə etdiyi imtiyazlardan məhrum edir.
Qanuna əsasən, Ukraynada Xartiyanın müddəaları bundan sonra belarus, bolqar, qaqauz, krımtatar, yunan, alman, polyak, rumın, slovak, macar və çex dillərinə, eləcə də ivrit dilinə tətbiq olunacaq.

Sabah 32 dərəcə isti olacaq
Rəsmi Bakıdan ABŞ və İrana dəstək: Alqışlayırıq
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq
Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb
Ermənistana tranzit keçməklə 7 vaqon buğda göndəriləcək
Yataq otağındakı bu əşyaları gözdən uzaq yerdə saxlayın
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Əhaliyə verilən içməli suyun rəngi dəyişib
Neftin qiyməti son üç ayda ilk dəfə 84 dollardan aşağı enib
Azərbaycan karateçisi qızıl medal qazanıb
ABŞ-də paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı
Hindistan gəmisi Oman sahillərində batıb