Əhalinin sayının azaldılması ilə bağlı referendum keçirəcəklər
Tarix: Bu gün, 10:44
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Əhalinin sayının azaldılması ilə bağlı referendum keçirəcəklər

Bu gün, 10:44

İyunun 14-də İsveçrədə ölkə əhalisinin sayının azaldılmasının mümkün olub-olmaması ilə bağlı referendum keçiriləcək.
AvroMedia.Az  BBC-yə istinadən xəbər verir ki, isveçrəlilər dünya təcrübəsində demək olar ki, analoqu olmayan qeyri-adi bir suala cavab verməli olacaqlar.
Sözügedən sual isə “dövlət öz əhalisinin sayını qanunvericilik yolu ilə məhdudlaşdıra bilərmi?”dən ibarətdir
Belə ki, referenduma ölkə əhalisinin maksimum 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutan təşəbbüs çıxarılıb. Bu təşəbbüs isə sağçı “Swiss People's Party” partiyası tərəfindən irəli sürülüb 
Təklifin tərəfdarlarının fikrincə, əhalinin sürətli artımı mənzil bazarına, nəqliyyat sisteminə, məktəblərə, səhiyyəyə və ətraf mühitə əlavə təzyiq yaradır.
Qeyd edək ki, son 20 il ərzində İsveçrə əhalisinin sayı 7,3 milyondan 9,1 milyona yüksəlib. Bununla yanaşı, ölkə sakinlərinin təxminən 27 faizi xarici vətəndaşlardır. Bir çox isveçrəli qatarların həddindən artıq dolu olmasından, əlçatan mənzil çatışmazlığından və tibbi sığorta xərclərinin artmasından şikayət edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ