28-05-2025, 21:00

Xəbər verdiyimiz kimi, bu gün Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.
AvroMedia.az xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə son 4 ildə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.
Daha əvvəl də qardaş ölkə liderlərinin iştirakı ilə - 2021-ci ilin 26 oktyabrında Füzuli Beynəlxalq Hava Limanının, 2022-ci ilin 20 oktyabrında Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ