Burada Bakıdan Gəncəyə, Şuşadan Naxçıvana Azərbaycanın dörd bir yanındakı qardaşlarıma sevgimi, hörmətimi göndərirəm.
AveoMedia.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Laçında Müstəqillik Gününə həsr edilmiş mədəni tədbirdə bildirib.
“Sizlərə “Can Azərbaycan”, “İki dövlət, bir millət” deyincə ürəyində fırtınalar qopan 86 milyonun salamını çatdırmaq istəyirəm. İndi buradakı tabloda 3 dövlət, tək millət var. Müstəqilliyin necə qazanıldığını, nə qədər dəyərli olduğunu çox yaxşı bilən bir millətin övladı olaraq Müstəqillik Gününüzü canı könüldən təbrik edirəm. İstiqlal və istiqbal yolunda verdiyimiz şanlı mübarizələri şəhadətləri ilə taclandıran qəhrəmanları rəhmətlə yad edirəm”, – deyə Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti Səməd Vurğunun “El bilir ki, sən mənimsən, yurdum yuvam məskənimsəm, anam doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan Azərbaycan” mislaranı söyləyib.

Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı