Kazino sənayesi yeni inkişaf istiqaməti ola bilərmi?
Tarix: 27-05-2025, 15:32
Baxılıb: 2 421
Google+ Paylaş
Tumblr Paylaş

Kazino sənayesi yeni inkişaf istiqaməti ola bilərmi?

27-05-2025, 15:32

Dünyanın bir çox ölkəsində leqal kazino biznesi çoxdan müasir iqtisadiyyatın bir hissəsinə çevrilib - əhəmiyyətli vergi gəlirlərinin mənbəyi, turizm sektorunun hərəkətverici qüvvəsi və infrastrukturun inkişafı üçün stimul olub. Sinqapur, Gürcüstan, Monako, Malta, Çexiya və Litva kimi dövlətlər kazinoları öz maliyyə sistemlərinə uğurla inteqrasiya edərək, bu sahəni şəffaf, yüksək tənzimlənən və gəlirli bir sektora çeviriblər.
Dünya təcrübəsi göstərir ki, düzgün tənzimləmə ilə kazinolar təkcə iqtisadiyyatın böyüməsinə kömək etmir, həm də “kölgə qumar” biznesinə qarşı effektiv mübarizə aparmağa, cinayət gəlirlərinin yuyulmasını məhdudlaşdırmağa və həssas vətəndaş kateqoriyalarını qorumağa yardım göstərir. Bu nümunələr fonunda Azərbaycanda kazino fəaliyyətinin leqallaşdırılması ideyası daha praqmatik xarakter alır: iqtisadiyyatın modernləşdirilməsi, gəlirlərin diversifikasiyası və maliyyə şəffaflığının artırılması aləti kimi.
Azərbaycanda kazino sahəsinin leqallaşdırılmasının iqtisadi potensialı
Bu gün Azərbaycanda kazino biznesi rəsmi olaraq qadağandır. Lakin bununla qeyri-qanuni oyun klublarının və onlayn kazinoların hüquqi sahədən kənarda fəaliyyət göstərməsi aradan qalxmır. Bu cür fəaliyyət iqtisadi təhlükəsizliyə ciddi təhdid yaradır, cinayət gəlirlərinin yuyulmasına kömək edir və əhəmiyyətli maliyyə axınlarını rəsmi dövriyyədən kənarda qoyur.
Dünya təcrübəsi göstərir ki, ciddi dövlət tənzimlənməsi ilə kazinoların leqallaşdırılması qeyri-qanuni fəaliyyəti minimuma endirməyə və maliyyə axınlarına nəzarəti təmin etməyə imkan verir. Şəffaf və nəzarət olunan mühitin yaradılması effektiv lisenziyalaşdırma, monitorinq sistemlərinin tətbiqi, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə (AML/CFT) tələblərinə riayət edilməsi hesabına mümkündür. Litva və Çexiya kimi Avropa ölkələrində rəqəmsal nəzarət uğurla tətbiq olunur: hər “stavka” vergi orqanları ilə əlaqəli onlayn sistemdə qeydə alınır.
Ümumiyyətlə, kazinoların leqallaşdırılması üçün infrastruktura əhəmiyyətli investisiyalar tələb olunur: hotellərin, əyləncə komplekslərinin, nəqliyyat obyektlərinin tikintisi. Bu, iqtisadiyyatda multiplikativ effekt yaradır, mehmanxana və restoran biznesi, təhlükəsizlik, IT, mühasibatlıq kimi sektorlarda yeni iş yerləri yaradır. Digər ölkələrin təcrübəsinə əsasən, kazino sənayesində düzgün qurulmuş fiskal siyasət lisenziyalar, vergilər və əlaqəli rüsumlardan dövlət büdcəsinə hər il on milyonlarla manat gətirə bilər.
AvroMedia.az xəbər verir ki, bu məsələni Report-a şərh edən “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi qeyd edib ki, düzgün hüquqi və sosial tənzimləmə ilə bu sahə həm yerli iqtisadiyyat, həm də beynəlxalq turizm üçün ciddi stimul yarada bilər:
“Beynəlxalq təcrübədə kazino fəaliyyəti təkcə əyləncə sənayesi deyil, həm də turizm infrastrukturunun dayaqlarından biridir. Makao, Sinqapur, Gürcüstan, BƏƏ nümunələri göstərir ki, kazino mərkəzləri ətrafında 5 ulduzlu hotellər, SPA mərkəzləri, konfrans salonları, alış-veriş zonaları və nəqliyyat infrastrukturunun inkişafı sürətlənir”.
Onun sözlərinə görə, kazino biznesinin idarə olunması üçün beynəlxalq standartlara uyğun lisenziyalaşdırma, gəlir vergisi (15–35 %), müstəqil maliyyə auditi, yaş həddi (21+), “self-exclusion” (özünübloklaşdırma mexanizmləri) sistemləri, reklam məhdudiyyətləri və sosial məsuliyyət fondları tətbiq olunmalıdır: “Bu mexanizmlər həm şəffaf biznes mühiti yaradır, həm də cəmiyyətin rifahını qoruyur”.
S. Dübəndi vurğulayıb ki, kazino fəaliyyəti yalnız bir obyekt deyil – ətrafında formalaşan turizm klasterinin mərkəzidir: “Məsələn, Bakı, Xəzəryanı bölgələr, Quba–Şəki kimi ərazilərdə “Integrated Resort” modelinin qurulması mümkündür. Bu modelə kazinolarla yanaşı SPA, konfrans, qolf, sağlamlıq və kənd turizmi sahələri də inteqrasiya edilə bilər Bu yanaşma həm mövsümi deyil, davamlı turizm axını yaradır, həm də regionlarda yeni iş yerlərinin yaradılmasına yardım göstərir”.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ