Amerikalı alimlər Qərbi Amerika sahillərində gələcək onilliklər üçün ciddi təhlükə barədə xəbərdarlıq ediblər. Geoloqlar bildirirlər ki, qarşıdakı 50 il ərzində baş verə biləcək güclü zəlzələ nəticəsində Sakit okeanın sahil bölgələrində dağıdıcı meqa-sunami baş verə bilər.
AvroMedia.az Milli.Az-a istinadən xəbər verir ki, risk altında olan əsas ərazilər arasında Alyaska, Havay adaları, Vaşinqton, Oreqon və Şimali Kaliforniya ştatları xüsusi ilə qeyd olunur.
Mütəxəssislərin diqqət çəkdiyi əsas səbəb Kaskadiya tektonik qırılma xətti ilə bağlıdır. Vanquver adasından Mendosino burnuna qədər uzanan bu seysmik zona hələ də aktiv hesab olunur və potensial təhlükə mənbəyi olaraq qalır. Son elmi araşdırmalara görə, bu ərazidə 8 bal və ya daha güclü zəlzələnin yaxın 50 ildə baş vermə ehtimalı təxminən 15 faiz təşkil edir.Adi sunamilərlə müqayisədə meqa-sunamilər son dərəcə nadir, lakin daha dağıdıcıdır. Onlar ani şəkildə meydana çıxır və çox vaxt əvvəlcədən xəbərdarlıq etmək mümkün olmur.
Alimlərin fikrincə, belə fövqəladə hal zamanı əhali üçün təxliyə və hazırlıq üçün vaxt demək olar ki, olmayacaq. Belə hallarda hər şey cəmi bir neçə dəqiqə ərzində baş verə bilər.
Mütəxəssislər ABŞ hakimiyyətinə və ictimaiyyətə bu riski ciddiyə almağı, sahil şəhərlərində təcili təhlükəsizlik planlarının hazırlanmasını və erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsini tövsiyə edirlər.

Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı