“Biz kəşfiyyatın əldə etdiyi məlumatlardan və açıq məlumatlardan görürük ki, Rusiya müharibəni bitirməyi planlaşdırmır”.
AvroMedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
“Hazırda onların sülh variantını ciddi şəkildə nəzərdən keçirdikləri və diplomatiya üzərində ciddi fikirləşdikləri barədə bir dənə də olsun təsdiq yoxdur. Bunu hər gecə daha cəsarətli və irimiqyaslı xarakter alan Rusiya zərbələri də sübut edir. Axı Rusiya son günlər Ukraynaya qarşı 900-dən çox hücum pilotsuz təyyarəsi, ballistik raketlər və qanadlı raketlər buraxıb. Həmçinin bu gün Baş Qərargahda Rusiya zərbələrinin nəticələri, onların pilotsuz təyyarələrdən istifadə taktikası və Ukraynanın cavab tədbirləri müzakirə edilib”, - deyə Ukrayna lideri qeyd edib.
Onun sözlərinə görə, Ukraynada dronları zərərsizləşdirən müdafiə sisteminin istehsalının artırılmasına göstəriş verib:
“Mən pilotsuz təyyarələrin ələ keçirən müdafiə sistemin istehsalının əhəmiyyətli dərəcədə artırmağı əmr etmişəm və bunun üçün tərəfdaşlarımızdan daha çox maliyyə cəlb edəcəyik. Həmçinin Ukrayna ballistik raketlərin sürətli istehsalı üçün ayrıca maliyyə sifariş vermişəm”.

Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı