Rusiyada miqrantlara birdən çox telefon nömrəsi işlətmək qadağan edilə bilər.
AvroMedia.az xəbər verir ki, bu TASS agentliyi məlumat yayıb.
Bununla bağlı Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların İşləri üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov tərəfindən qanun layihəsi hazırlanıb. Əcnəbilərə birdən çox abunəçi nömrəsinin istifadəsini qadağan edən sənəddə qeyd olunur ki, bu cür məhdudiyyətlər milli maraqların qorunmasına və vətəndaşlar üçün daha təhlükəsiz mühitin yaradılmasına yönəlib.
Nilovun sözlərinə görə, qloballaşma və əhalinin mobilliyinin artması şəraitində təhlükəsizlik məsələsi xüsusilə aktuallaşır: “Terrorizm, casusluq, dələduzluq, kibertəhlükələrlə bağlı artan təhdidləri nəzərə alaraq, ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin SİM kartlara sahiblik hüququnun məhdudlaşdırılması üçün tədbirlər görmək lazımdır. Hazırki qanuna görə, həmin şəxslər 10-a qədər SİM karta malik ola bilər ki, bu da böyük rəqəmdir”.
Qeyd edək ki, 2025-ci il yanvarın 1-dən Rusiya Federasiyasında əcnəbilərin 10-dan çox abonent nömrəsini öz adlarına qeydiyyatdan keçirməsinə qadağa qoyulub.

Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı